Tramp impiçment edilə bilər
-
Tramp impiçment edilə bilər
Demokrat konqresmenlər ABŞ prezidenti Donald Trampın impiçment edilməsi istəyi ilə çıxış ediblər.
Demokrat konqresmenlər El Qrin və Brad Şerman Rusiyanın Amerikada keçirilən son prezident seçkilərində müdaxiləyə malik olması ehtimalını əsas götürərək, prezident Donald Trampın impiçment edilməsi layihəsini Konqresə təqdim ediblər.
Konqresmen Brad Şerman bu xüsusda bir bəyanat yayaraq, prezident Donald Trampın impiçment edilməsi ilə bağlı ABŞ Konqresi qarşısında tələb qaldırıldığını bildirib.
B.Şerman deyib: Oğul Trampın son ifşaçılıqları sübut edir ki, Donald Trampın seçki qərargahı Rusiyadan dəstək almaqda böyük marağa malik olub.
ABŞ Konqresindəki demokratlar bu ölkə prezidenti Donald Trampın böyük oğlunun 2016-cı ildə prezident seçkilərindən öncə rusiyalı rəsmi ilə görüş barəsində olan elektron məktubunun ifşa edilməsinə reaksiya olaraq bu elektron məktubların ciddi narahatlıq doğurduğunu və başağrısına çevrildiyini bildiriblər.
Cim Mək Qavern qeyd olunan elektron məktubun Trampa yaxın olanlar ilə Kreml sarayına yaxın olan adamlar arasında Moskvada təşkil edilən görüşlərdə Rusiya dövlətinin əli olduğuna dəlalət etdiyini bildirib və deyib: Trampın böyük oğlu bu görüşün ABŞ prezident seçkilərində Donald Trampın demokrat rəqibi Hillari Klintonun ittiham edilməsi üçün baş tutduğunu bildiyi halda rusiyalı vəkil ilə görüşdə iştirak etmək qərarına gəlir. Və bundan daha pis olanı isə Trampın seçki qərargahının əsas üzvlərindən olan Cerd Kuşner və Pol Menafortu da özü ilə bu görüşə aparması olub. Buna görə də bu ifşaçılıq həm mənim üçün, həm də mənim təmsil etdiyim sahədəki digər təmsilçilər üçün son dərəcə narahat vericidir.
Mək Qavern əlavə edib: Donald Tramp oğlunun tam şəffaflığına görə onunla fəxr etdiyini deyir. Amma, bu şəffaflıq üçün təssəvvür edilən yeganə səbəb onun ifşa edilməsi ola bilər. Pərdə arxasında nə baş verdiyini isə Allah bilir.