"Qrinfil"də yanğından zərərçəkənlər London rəsmilərinə qəzəb püskürdülər
https://azeri.sahartv.ir/news/dünya-i276158-qrinfil_də_yanğından_zərərçəkənlər_london_rəsmilərinə_qəzəb_püskürdülər
Londonda Qrinfil göydələnində çıxan yanğınla bağlı təşkil edilmiş iclas yanğından zərərçəkənlərin yaxınları ilə London rəsmiləri arasında ciddi mübahisə və çəkişmələr ilə yanaşı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2017 16:45 Asia/Baku
  • Londonda Qrinfil göydələnində çıxan yanğın
    Londonda Qrinfil göydələnində çıxan yanğın

Londonda Qrinfil göydələnində çıxan yanğınla bağlı təşkil edilmiş iclas yanğından zərərçəkənlərin yaxınları ilə London rəsmiləri arasında ciddi mübahisə və çəkişmələr ilə yanaşı olub.

İRİB-nin verdiyi məlumata görə, hadisə qurbanlarının yaxınları Kensinqton Şurasının nümayəndəsi Elizabet Kempel və yanğınla bağlı aparılan araşdırmalara rəhbərlik edən polis zabitinə qarşı kəskin etirazlar səsləndiriblər. 

Qalmaqal ilə yanaşı olan iclasda hadisə qurbanlarının yaxınları rəsmi dairələrin səhlənkarlığından qəzəblənərək, dövlət rəsmilərinin hətta, baş nazir Tereza Meyin belə xalqın səsini dinləmədiyini və onların qayğısına qalmadığını deyiblər. 

13 iyun tarixində Londonda Qrinfil göydələnində baş vermiş yanğında 80 nəfər həyatını itirmiş, çoxlu sayda insan da yaralanmışdı.