ABŞ-da anti-İslam ifadələrə qarşı aksiya
-
ABŞ-da anti-İslam ifadələrə qarşı aksiya
Amerikanın Miçiqan ştatının əhalisi yerli bir rəsminin anti-İslam ifadələrinə qarşı aksiya keçirib.
Londonda çıxan "İndipendent" qəzetinin məlumatına görə, Amerikanın Miçiqan ştatının əhalisi bu gün yerli rəsmi Cef Sitinqin anti-İslam ifadələrinə qarşı aksiya keçirərək, onun kənarlaşdırılmasını tələb edibdir.
Miçiqan ştatının yerli dövlətinin bu rəsmisi müsəlmanların qırğın edilmələrini tələb etdiyi sosial şəbəkədəki özünün çoxlu sayda ifadələrinə görə üzr istəməkdən çəkinibdir.
Cef Sitinq özünün Facebook səhifəsində "müsəlmanların sonuncu nəfərinədək öldürülməsi"ni istəyib və deyibdir ki, heç kəsə heç bir üzrxahlıq borclu deyildir.
Amerika Federal Təhqiqat Bürosunun məlumatına görə, müsəlmanlara qarşı nifrətdən irəli gələn cinayətlərin sayı Donald Trampın prezident seçkilərində iştirak edəcəyini elan etdiyi 2015-ci ildən bəri 67 faiz artıbdır.