İyul 15, 2017 09:38 Asia/Baku
  • Əfqanısıtanda İŞİD başçısı öldürülüb
    Əfqanısıtanda İŞİD başçısı öldürülüb

Amerikanın Müdafiə Nazirliyi (Pentaqon) baş qərargahı İŞİD-in yeni başçısının Əfqanıstanın şərqində öldürüldüyünü bildirib.

İRNA-nın verdiyi məlumata görə, Pentaqonun sözçüsü Dana Vait dünən gecə bildirib: İŞİD-in yeni başçısı Əbu Seyid iyulun 11-də Əfqanıstanın şərqində yerləşən Konər vilayətində öldürülüb. 

Amerika Əfqanıstandakı hərbi fəaliyyətini davam etdirmək üçün bu ölkədə müharibənin davam etməsini istəyir. 

Amerika 2001-ci ildə terrorizm ilə mübarizə bəhanəsi ilə Əfqanıstana hücuma keçdi və bu ölkəni işğal etdi, bu hücumun on minlərlə mülkinin qırğın edilməsi və Əfqanıstanın infrasturukturunun məhv edilməsindən başqa heç bir müsbət nəticəsi olmadı. 

Hal-hazırda Əfqanıstanda 10 min amerikalı hərbçi yerləşib və Vaşinqton bu ölkədəki hərbçilərinin sayını artırmaq niyyətindədir. 

Teqlər