İyul 16, 2017 12:00 Asia/Baku
  • Trampın seçki kampaniyasının bir hüquq ofisinə pul ödəməsi ifşa olunub
    Trampın seçki kampaniyasının bir hüquq ofisinə pul ödəməsi ifşa olunub

ABŞ-ın Federal Seçki Komissiyası hazırkı prezidentin seçki kampaniyasının bir hüquq ofisinə pul ödəməsi haqda ifşaçılıq edib.

Röytersin məlumatına görə, ABŞ-ın Federal Seçki Komissiyası şənbə günü bildirib: Donald Trampın seçki kampaniyası böyük oğlu Donald Tramp Cuniorun rus vəkil Nataliya Veselnitskaya ilə görüşü xəbərinin ifşa olunmasından bir həftə sonra Trampın böyük oğlunun vəkilliyini üzərinə götürən Alen S. Fiterfas hüquq ofisinə 50 min dollar ödəyib. 

Donald Tramp Cuniorun sözlərinə görə, o 2016-cı il prezident seçkiləri zamanı Nyu-Yorkda bir rus vəkillə görüşüb. Bu xəbərin elan olunması Trampın rus vəkillə saxtakarlıq etməsi haqda yeni ittihamların irəli sürülməsi ilə nəticələnib. 

Trampın oğlu həmçinin iddia edib: Mənə məlumat verildi ki, rus vəkilin 2016-cı il prezident seçkilərinin Demokrat namizədi Hİllari Klinton əleyhinə məlumatlara sahib olması mümkündür. 

Teqlər