Şimali Korea ABŞ-ın təhdidinə reaksiya verib
Şimali Koreanın rəhbəri ABŞ prezidentinin bu ölkəyə qarşı son hədə-qorxudunu axmaqlıq adlandırıb.
İSNA-nın verdiyi məlumata görə, Kim Conq Un Donald Trampın Şimali Koreaya qarşı son təhdidini siyasi blof adlandırıb və amerikalıların indiyədək Şimali Koreanın həqiqi gücünü görmədiklərini deyib.
Şimali Koreanın rəhbəri xəbərdarlıq edib ki, bu ölkə Amerikadan əsla qorxmur və ABŞ-ın regiondakı son hərbi təlimləri və hal-hazırda Avstraliyada davam etdirilən manevrləri sadəcə tamaşa xarakteri daşıyır.
Korea yarımadasında durum Amerikanın və onun müttəfiqlərinin düşmənçilik siyasətləri və avanturası nəticəsində son dərəcə böhranlıdır.
Pxenyan dəfələrlə bildirib ki, Amerika və onun müttəfiqləri Şimali Koreaya qarşı təhdidlərindən əl çəkməyincə bu ölkə özünün hərbi və önləyici qabiliyyətlərini gücləndirməyi davam etdirəcək.