BMT-də təhlükə alarmı
https://azeri.sahartv.ir/news/dünya-i276818-bmt_də_təhlükə_alarmı
Birləşmiş Millətlər Təşkilatının işçiləri və diplomatlardan ibarət iki mindən çox adam binanı tərk etməli olublar, buna səbəb təşkilatın binalarından birinin zirzəmisində yanğın baş verməsinə dair təhlükə alarmının səslənməsi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2017 04:47 Asia/Baku
  • BMT-də təhlükə alarmı

Birləşmiş Millətlər Təşkilatının işçiləri və diplomatlardan ibarət iki mindən çox adam binanı tərk etməli olublar, buna səbəb təşkilatın binalarından birinin zirzəmisində yanğın baş verməsinə dair təhlükə alarmının səslənməsi olub.

İRNA-nın verdiyi məlumata görə, BMT sözçüsünün müavini Fərhan Həqq təşkilatın binasında yanğın baş vermədiyini bildirib və deyib: Alarm sistemi naməlum səbəblər üzündən işləməyə başlayıb. 

Fərhan Həqq deyib: Diplomatlar, işçilər və baxış keçirənlərə 25 dəqiqədən sonra bir daha binaya daxil olmağa izn verilmişdir.