Venesuelada hökumətə qarşı aksiya
İyul 23, 2017 09:46 Asia/Baku
-
Venesuelada hökumətə qarşı aksiya
Venesuela prezidentinin müxalifləri xüsusi təyinatlı polis qüvvələri ilə toqquşublar.
Röytersin verdiyi məlumata görə, Venesuela paytaxtı Karakasda xüsusi təyinatlı polis qüvvələri üzlərini örtmüş və polisi daşa basan yüzlərlə gəncə qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Venesuela gərgin iqtisadi və siyasi durumun şahididir bu ölkədə ərzaq malları və dərman preparatları çatışmır.
Venesuela prezidenti Nikolas Madoro son ayların böhranına son qoymaq üçün konstitusiyaya yenidən baxılması məqsədi ilə təsisçilər məclisi yaratmaq istəyir.
Venesuela prezidenti Amerikanın sağçı partiyalara dəstəyini ölkədə yaranmış böhranın əsas amili hesab edir.