Londonda toqquşma
İyul 23, 2017 13:37 Asia/Baku
-
Londonda toqquşma
Londonda sionist rejimin səfirliyi qarşısında bu rejimin lehi və əleyhinə aksiya keçirənlər biri-biri ilə toqquşublar.
PressTv-nin verdiyi məlumata görə, bu aksiyada Fələstinin hüquqlarını müdafiə edənlər sionist rejimin bayrağını yandırıblar və bir qrupda bu bayrağı təpikləri altına atıblar.
Eyni zamanda İsrailin himayədarları aksiyanın keçirildiyi əraziyə daxil olaraq onların arasında yazılar paylaşmağa cəhd göstəriblər.
Polis bu iki qrup arasında qarşıdurmaya müdaxilə edib.
Aksiya sionist rejimin Qüdsdə Məscidül-Əqsaya müsəlmanların girişinə qadağa qoymasına etiraz olaraq keçirilib. Bu qadağalar məscidin ərazisində sionist rejimin 2 təhlükəsizlik qüvvəsi ilə 3 fələstinli arasında silahlı toqquşmadan sonra tətbiq olunur.