İyul 24, 2017 21:49 Asia/Baku
  • AB Türkiyəyə xəbərdarlıq edib
    AB Türkiyəyə xəbərdarlıq edib

Avropa Birliyi Türkiyəyə bu birlik xüsusilə Almaniya ilə çaxnaşmalara görə Türkiyə iqtisadiyyatının ziyan görəcəyi barədə xəbərdarlıq edib.

FransPress-in verdiyi məlumata görə, Avropa Birliyinin genişlənməsi üzrə komisseri İyuhans Han bu gün Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə Brüssel müzakirələri ərəfəsində deyib: Ankara AB-yə üzv olmağa namizəddir amma Avropa dəyərlərindən uzaqlaşır. 

Han AB-yə üzv ölkələrlə bəzi qonşular arasında çaxnaşmaların artmasına toxunaraq deyib: Türkiyə bu kimi nigaranlıqlara və onun səbəblərinə diqqətli olmalıdır. 

İyuhans Han və Avropa Birliyi Xarici Siyasət üzrə koordinatoru Federika Moqrininin bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və bu ölkənin Avropa Birliyi üzrə naziri Ömər Çelik ilə götüşəcəyi gözlənilir. 

Bu görüş elə bir şəraitdə keçirilir ki, Türkiyiədə uğursuz dövlət çevrilişindən sonra həbslər və işdən qovma halları geniş miqyas almışdır və bu Avropa Birliyinin Türkiyəyə qarşı insan haqları mövzusu ilə əlaqədar kəskin mövqelərinə səbəb olmuşdur. 

Türkiyə və AB 2005-ci ildən Ankaranın bu birliyə üzvlüyü mövzusu barədə müzakirələrə başlayıblar. 

Türkiyənin Alman rəsmilərin NATO-nun İncerlik hava bazasına baxış keçirmələrinə imkan verməməsi və bəzi Almaniya vətəndaşlarını həbs etməsi nəticəsində Almaniya ilə Türkiyə arasında əlaqələr minimuma enib. 

Teqlər