London əhalisi polisin qaradərililərə qarşı zorakılığına qarşı aksiya keçirib
-
London əhalisi polisin qaradərililərə qarşı zorakılığına qarşı aksiya keçirib
London şəhərinin əhalisi polisin qaradərili gənci qətlə yetirməsinə etiraz olaraq aksiya keçirib.
Qardian qəzetinin internet portalının məlumatına görə, London əhalisindən onlarla nəfər dünən İngiltərə polisinin qaradərili gənci təqib edərək, qətlə yetirməsinə etiraz olaraq aksiya keçirib.
“İrqçilik qarşısında ayağa qalxın!” qrupunun üzvləri Londondakı bir polis mərkəzinin önünə toplaşaraq, bu şəhərin polisini 20 yaşlı qaradərili gənc Raşan Çarlzın ölümü barədə müqəssir biliblər.
Aksiyaçılar həmçinin İngiltərədə qaradərililərə qarşı ədalətsizliyə və irqi ayrı-seçkiliyə etiraz ediblər.
Bu aksiya elə bir şəraitdə keçirilibdir ki, İngiltərə polisi bu qaradərili gəncin ölümü barədə təhqiqatlara başlayıbdır.
Dövlət statistikaları göstərir ki, İngiltərə polisi əksər hallarda bu ölkənin müxtəlif nöqtələrində rənglidərililərə və qaradərililərə qarşı zorakılıq hərəkətləri edir.