Parisin ABŞ-ın yeni sanksiyalarına reaksiyası
https://azeri.sahartv.ir/news/dünya-i277676-parisin_abŞ_ın_yeni_sanksiyalarına_reaksiyası
Fransa dövləti Amerikanın İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalarını beynəlxalq hüquq normaları ilə təzadlı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2017 15:52 Asia/Baku
  • Parisin ABŞ-ın yeni sanksiyalarına reaksiyası
    Parisin ABŞ-ın yeni sanksiyalarına reaksiyası

Fransa dövləti Amerikanın İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalarını beynəlxalq hüquq normaları ilə təzadlı adlandırıb.

Röyters-in məlumatına görə, Fransanın xarici işlər nazirliyi bu gün bir bəyanatda bildirib ki, Amerikanın İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyaları bu sanksiyaların ölkədən kənar miqyasına görə, beynəlxalq hüquq normaları ilə təzaddadır.

Fransanın xarici işlər nazirliyi həmçinin öz bəyanatında bu sanksiyalara reaksiyada Fransa və Avropa qanunlarının tətbiq olunması vacibliyinə toxunaraq, vurğulayıb: Rusiya qazının Avropaya köçürülməsi üzrə “Nord Stream-2” boru kəməri layihəsi Amerikanın Rusiyaya qarşı yeni sanksiyalarının hədəflərindəndir ki, bir neçə Avropa şirkəti, o sıradan Fransanın Engi şirkəti ona sərmayə yatırıbdır.