Fransanın cənubundakı meşələrdə yanğınlar davam edir
Fransanın cənubundakı meşələrdə yanğınlar davam edir.
Frans-24 telekanalının məlumatına görə, üçüncü gündür ki, Fransanın cənubundakı meşəliklərdə yanğınlar davam edir.
Yanğınlar indiyə kimi yeddi min hektarlıq meşəlik ərazini məhv edib. 12 min nəfər Kers, Var, Alp, Maritim və "Buj Du Run" məntəqələrini boşaltmağa məcbur olub.
Fransanın baş naziri xəsarətin miqdarını öyrənmək məqsədilə "Burom Lemimoza" məntəqəsinə səfər edib. Daxili işlər naziri Jerar Filipp də bu səfərdə Edvar Filippi müşayiət edir. Onlar yanğın mərkəzləri üzərində uçduqdan sonra yanğınsöndürənlərin fəaliyyətlərinə görə təşəkkür ediblər. İndiyədək bu yanğınlarda bir kəsin həlak olduğu elan edilməyib və maddi ziyan da olduqca azdır. Yanğınsöndürənlər öz fəaliyyətlərini davam etdirirlər. Lakin proqnoz edilir ki, temperaturun artması səbəbindən yanğınlar şiddətlənəcəkdir.