AB: Şimali Koreya beynəlxalq təhdiddir
Pxenyanın cümə günü raket sınağı keçirməsindən sonra Avropa Birliyi Şimali Koreyanı beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə adlandırıb.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Avropa Birliyi cümə gecə bir bəyanatda bildirib: Şimali Koreyanın ballistik raketi BMT Təhlükəsizlik Şurasının qətnamələrində açıq-aşkar şəkildə bəyan olunan beynəlxalq öhdəlikləri açıq-aşkar şəkildə pozması deməkdir.
Avropa Birliyi Şimali Koreyanı regional və beynəlxalq gərginliklərin artmasına səbəb olacaq istənilən təhrikedici hərəkətlərdən çəkinməyə çağırıb.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini gələn günlər ərzində Cənubi Koreyanın xarici işlər nazirləri və Avropa Birliyinin digər müttəfiqləri ilə Şimali Koreyanın raket sınağını araşdıracaq.
Koreya yarımadasının durum ABŞ və müttəfiqlərinin Şimali Koreya əleyhinə düşmənçilik, təhrikedici və birtərəfli siyasətləri nəticəsində hazırda ən kritik həddədir.
Pxenyan dəfələrlə bildirib ki, ABŞ və müttəfiqlərinin Şimali Koreya əleyhinə hədələri davam etdiyi zamana qədər, bu ölkə hərbi potensiallar və önləyici hücumları gücləndirməyi davam etdirəcək.