İyul 30, 2017 12:04 Asia/Baku
  • Venesuela prezidenti bugünkü seçkilərin önəmini vurğulayıb
    Venesuela prezidenti bugünkü seçkilərin önəmini vurğulayıb

Venesuela prezidenti vurğulayıb ki, bu gün keçirilən seçkilər bu ölkənin siyasi hakimiyyətinin ən mühüm seçkiləridir.

Telesur xəbər agentliyinin məlumatına görə, Venesuela prezidenti Nikolas Madoro vurğulayıb ki, Venesuela xalqı bu ölkənin siyasi hakimiyyətinin ən mühüm seçkilərində maksimum iştiraka malik olacaq və onlar məclisi-müəssisan təşkil edərək, Venesuelanın siyasi gələcəyini yaxşı şəkildə yaradacaqlar.

Venesuela bu gün bu ölkənin əsas qanununun islahı və yenidən nəzərdən keçirilməsi hədəfilə məclisi-müəssisan üzvlərinin təyini üçün seçkilər keçirir.

Belə bir halda, Amerika tərəfindən himayə olunan qərbpərəst müxaliflər bu seçkilərin boykot edilməsini istəyiblər.

Teqlər