NATO Gürcüstanda hərbi təlimlərə başlayıb
İyul 31, 2017 10:29 Asia/Baku
Şimali Atlantik Alyansı NATO və Gürcüstanın hərbi təlimləri bazar günündən etibarən iki həftə müddətinə Vazyani və Norio hərbi bazalarında başlanıb.
Gürcüstan KİV-nin məlumatına görə, Gürcüstanın siyasi və hərbi rəsmilərinin iştirakı ilə başlanan "Layiqli Müttəfiq-2017 NATO" hərbi təlimlərində Gürcüstan, ABŞ, İngiltərə, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2800-dən çox hərbçi iştirak edir.
Bu üçüncü dəfədir ki, Gürcüstan ərazisində NATO-nun eyniadlı hərbi təlimləri keçirilir.
Bundan öncə ötən iki hərbi təlimlər 2015 və 2016-cı ildə keçirilmişdir.
ABŞ prezidentinin birinci müavini Mayk Pens sabah hərbi təlimlərlə yaxından tanış olmaq və Gürcüstan rəsmiləri ilə görüşmək üçün Tiflisə səfər edəcək.