Qırğızıstan və Özbəkistan sərhəd problemlərini həll etmək niyyətindədir
Qırğızıstan və Özbəkistan rəsmiləri iki ölkənin sərhəd ixtilafları və məhdudiyyətlər haqda yeni müzakirələri Bişkek şəhərində keçiriblər.
İRNA-nın məlumatına görə, Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bazar ertəsi günü bildirib: Özbəkistan heyətinin rəhbəri Eyham Necmatov və Qırğızıstan baş nazirinin müavini Cinsis Razakov iki ölkənin sərhəd ixtilafının bəzi detalları üzrə razılaşmaq üçün görüşüblər.
Özbəkistan prezidenti Şövkət Mirzayev və Qırğızıstan prezidenti Almazbek Atambayev bundan öncə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısının kənarında iki ölkə sərhədinin qanuniləşməsinin sürətləndirilməsi ilə əlaqədar razılaşmaların icra edilməsinin vacibliyini vurğulamışdılar.
Qırğızıstan və Özbəkistanın 1000 kilometrlik sərhədin təxminən 300 kilometri üzrə ixtilafı vardır.
Mərkəzi Asiya ölkələri SSRİ-dən müstəqil olduqlarını elan etdikdən sonra, bu ölkələr arasında, xüsusilə də Özbəkistan, Tacikistan və Qırğızıstan arasında sərhəd ixtilafı vardır və bu ölkələr indiyə qədər bu ixtilafları tam şəkildə həll edə bilməmişlər.