İyul 31, 2017 15:41 Asia/Baku
  • Şinzo Abe
    Şinzo Abe

Yaponiya baş naziri Rusiya və Çindən nüvə fəaliyyətlərinin dayandırılması üçün Şimali Koreyaya təzyiqləri artırmalarını istəyib.

İTAR-TASS-ın məlumatına görə, Şinzo Abe bildirib: Beynəlxalq ictimaiyyət, xüsusilə də Çin və Rusiya Şimali Koreyanın təhdidlərinin acı reallığını dərk etməli və bu ölkəyə təzyiqi artırmalıdırlar. 

Yaponiya baş naziri xatırladıb: Bu ölkə vətəndaşlarının təhlükəsizliyi və əhalinin mühafizəsindən arxayın olmaq üçün var-güclə çalışacağıq. 

Şimali Koreya cümə günü bir daha qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib. 

Yaponiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu raket Yapon dənizində və bu ölkənin iqtisadi zonasına düşüb. 

Yaponiya hökuməti son vaxtlar Çinə təzyiq tətbiq etmək məqsədilə Pxenyanın raket və nüvə fəaliyyətlərini dayandırmaq üçün iki Çin şirkətinə çirkli pulların yuyulması ittihamı ilə sanksiya tətbiq edib. 

Koreya yarımadasında gərginlik hazırda ABŞ və müttəfiqlərinin Şimali Koreya əleyhinə düşmənçilik, təhrikedici və birtərəfli siyasətlərinə görə pik həddə çatıb. 

Teqlər