ABŞ Ş.Koreyanın raket gücünə etiraf edib
Amerikanın Müdafiə Nazirliyi(Pentaqon) bildirib: Şimali Koreyanın uzaq mənzilli ballestik raketləri Amerika ərazisinin istənilən nöqtəsini hədəfə almaq qabiliyyətinə malikdir.
Röytersin verdiyi məlumata görə, Pentaqon Ş.Koreyanın son raket sınağını qiymətləndirməkdən çəkinərək bildirib ki, bu sınaq Ş.Koreya raketlərinin ən uzun məsafəni qət edən raket növünü nümayiş etdidi.
ABŞ Müdafiə Nazirliyi Ş.Koreyanın nüvə və raket sınaqları təhlükəsinin gün-gündən artdığını bildirərək bunun Ş.Koreyaya reaksiya verməsi üçün ABŞ prezidenti Donald Trampa təzyiqlərin artmasına səbəb olacağını xatırladıb.
Şimali Koreya iyulun 28-də Yaponiyaya məxsus sulara düşən yeni ballestik raketini sınaqdan keçirdi.
Amerika və onun müttəfiqlərinin avanturist, düşmən və özbaşına siyasətləri nəticəsində Koreya yarımadasında gərginlik maksimum həddə çatıb.
Pxenyan dəfələrlə bildirib ki, Amerika və onun müttəfiqləri Şimali Koreyaya qarşı hədə-qorxularını davam etdirincə bu ölkə özünün hərbi qabiliyyətlərini və önləyici hücum gücünü artırmaqda davam edəcək.