Avq 01, 2017 21:00 Asia/Baku
  • Moskvadan ABŞ-a gözlənilməz zərbə
    Moskvadan ABŞ-a gözlənilməz zərbə

Rusiya hökuməti gözlənilməz bir hərəkətdə 755 amerikalı diplomata ölkəni tərk etmələri üçün 72 saatlıq möhlət verib. Vaşinqton nə baş verdiyini anlamaqda çətinlik çəkir.

ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etməsinə cavab olaraq Moskva amerikalı diplomatları Rusiya ərazisini tərk etmələri üçün 72 saat vaxt verib. Rusiya prezidenti Vladimir Putinin sözçüsü bu addımın Vaşinqton tərəfindən Rusiya diplomatları barəsində seçilmiş qərara cavab olaraq atılıb. Rusiya əleyhinə tətbiq edilən sankaiyaların ardınca Moskvanın amerikalı diplomatlara qarşı sərt mövqe sərgilməsi Vaşinqtonu pat vəziyyətinə salıb. ABŞ-ın vitse-prezidenti Mayk Pens Rusiyanın bu hərəkətini təəssüfləndirici və yersiz adlandırsa da, Vaşinqtonun Rusiya ilə əlaqələrin  yaxşılaşdırılması ardınca olduğunu deyib. Kremlin sözçüsü Dmitri Peskov da ABŞ-ın siyasi şizofreniyadan xilas olmasının zamana ehtiyaclı olduğunu deyərək, əlaqələrin yaxşılaşdırılması üçün Vaşinqtonun öz siyasi iradəsini ortaya qoymalı olduğunu bildirib.

 

ABŞ-ın Moskvadakı səfirliyində və Rusiyanın 3 iri şəhərindəki 3 konsulluğunda çalışan 755 diplomatı tezliklə Rusiyanı tərk etməli olacaq. Rusiya prezidenti Vladimir Putinin bu qərarı amerikalıları şok vəziyyətinə salıb və baş verənləri anlamaqda çətinlik çəkirlər.

 

Rusiya prezidenti Vladimir Putin ABŞ-a qarşı sərt tədbirlərlə bağlı deyib: “ Onlar Rusiya ilə əlaqələrin  yaxşılaşdırılması üçün heç bir addım atmırlar. Buna görə də biz onlara diplomatlarını ölkədən çıxartmaq və diplomatik əmlaklarını müsadirə etməklə ciddi bir mesaj vermiş oldq.”

 

Hakimiyyət tərəfindən atılan bu qətiyyətli addım Rusiya vətəndaşları tərəfindən də geniş dəstək alıb.

 

Rusiya vətəndaşı:

Mən şəxstən hökumət tərəfindən atılan bu addımı dəstəkləyirəm.

 

Rusiya vətəndaşı:

Amerikalılar hər bir fürsətdən Rusiyaya zərbə vurmaq üçün istifadə edirlər.

 

 

Rusiya vətəndaşı:

Bu bir adekvat addım idi.

 

Merilənd və Nyu-Yorkda müsadirə edilən Rusiyanın 2 diplomatik mülkünə qarşılıq olaraq, ABŞ-ın Moskva və şəhər ətrafında yerləşən iki mülkü müsadirə edilib.

 

Rusiya vətəndaşı:

Amerikalılar sanksiya yolu ilə öz istəklərinə çata biləcəklərini düşünürlər.

 

Rusiya vətəndaşı:

Düşünürəm ki, ABŞ səfirliyini ümumiyyətlə bağlamaq lazımdır.

 

Rusiya müdafiə nazirliyi də ABŞ və Gürcüstanın birgə hərbi təlimlərini təhrikedici adlandırıb və Rusiyanın təhlükəsizliyini təhdid edən istənilən addımın ən qatı formada cavablandırılacağını bildirib.

 

 

 

Teqlər