Abxaziyada sursat anbarında partlayış; 60 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i278500-abxaziyada_sursat_anbarında_partlayış_60_nəfər_yaralanıb
Qondarma Abxaziya respublikasındakı bir sursat anbarında partlayış və yanğın altmış nəfərin yaralanması ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2017 04:15 Asia/Baku
  • Abxaziyada sursat anbarında partlayış; 60 nəfər yaralanıb
    Abxaziyada sursat anbarında partlayış; 60 nəfər yaralanıb

Qondarma Abxaziya respublikasındakı bir sursat anbarında partlayış və yanğın altmış nəfərin yaralanması ilə nəticələnib.

IRNA-nın məlumatına görə, Primorskoye kəndinin yaxınlığında baş vermiş bu partlayış qondarma Abxaziya respublikası ordusunun sursat anbarında baş verib. Yaralılar arasında 35 Rusiya vətəndaşı var.

Yerli mənbələr xəbər veriblər ki, yanğın davam etməkdədir və çoxlu sayda yanğınsöndürmə maşınları yanğını söndürməklə məşğuldur.

Abxaziya və Cənubi Osetiya 2008-ci ildə birtərəfli şəkildə Gürcüstandan ayrıldıqlarını bildirdilər. Rusiya 2008-ci il avqustun 26-da Abxaziya və Cənubi Osetiyanın istiqlaliyyətlərini rəsmən tanıdı və elə həmin ilin doqquz sentyabrında bu iki qondarma respublika ilə demokratik əlaqələr qurdu.