Kirayə uşaqlıq dəllalı həbsə məhkum edilib
Bir avstraliyalı qadın Kambocada kirayə uşaqlıq təqdim etmək barədə ticarət təbliğatı apardığına görə, il yarım həbs cəzasına məhkum edilib.
Kirayə uşaqlıq üzrə təbliğat ötən ildən Kambocada qadağan edilibdir. Bu qadağa Kambocanın övladlarının dünyaya gəlməsi üçün cütlüklərin müraciət etdikləri bir məkana çevrilməsindən sonra tətbiq olunubdur.
Ötən ilin noyabrında həbs olunmuş xanım Tami Devis Çarlz məhkəmə iclaslarında deyibdir ki, öz fəaliyyətinə üç kambocalı vəkillə məşvərətdən sonra başlayıbdır və bu vəkillər ona əminlik vermişdilər ki, Kambocada uşaqlığın icarəyə verilməsi qanunidir.
Onun sözlərinə görə, öz uşaqlığını kirayəyə verən qadınlara hər hamiləlik üçün on min dollar ödənilirmiş.
Kambocada uşaqlığın kirayəyə verilməsinin qadağan olunması ilə bu ticarətin bazarı Laosa köçürülübdür.