Avq 03, 2017 16:46 Asia/Baku
  • Medvedev: ABŞ-ın sanksiyaları Rusiyaya müharibə elan etmək deməkdir
    Medvedev: ABŞ-ın sanksiyaları Rusiyaya müharibə elan etmək deməkdir

Rusiyanın baş naziri Amerikanın bu ölkəyə qarşı sanksiyalarını "hərtərəfli müharibə"nin elan olunmasına bənzədibdir.

Fars xəbər agentliyinin məlumatına görə, Rusiyanın baş naziri Dmitri Medvedev həmçinin deyib: Rusiyanın Amerikaya qarşı sanksiyalar paketi işlənib hazırlanıbdır və tezliklə icraya qoyulacaqdır.

ABŞ konqresi keçən həftə İran İslam Respublikasına qarşı əhatəli sanksiyalar layihəsini qəbul etdi. Bu qərar dünən Amerika prezidenti Donald Tramp tərəfindən imzalanaraq, qanuna çevrildi və icraya qoyuldu.

Rusiyanın 2016-cı il Amerika prezident seçkilərinə müdaxiləsi respublikaçı Donald Trampla onun demokrat rəqibi Hillari Klintonun seçki təbliğatları boyu və seçkilərdən sonra bir çox qalmaqala səbəb olmuş dəlillərdəndir.

Moskva dəfələrlə Rusiyanın 2016-cı il Amerika prezident seçkilərinə hər cür müdaxiləsini rədd edibdir.

Teqlər