Amerikada baş verən silahlı toqquşmalarda 75 nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i278566-amerikada_baş_verən_silahlı_toqquşmalarda_75_nəfər_ölüb_və_yaralanıb
Çərşənbə günü boyu Amerikanın müxtəlif nöqtələrində baş vermiş 66 atışma zamanı 21 nəfər ölüb, 54 nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2017 17:54 Asia/Baku
  • Amerikada baş verən silahlı toqquşmalarda 75 nəfər ölüb və yaralanıb
    Amerikada baş verən silahlı toqquşmalarda 75 nəfər ölüb və yaralanıb

Çərşənbə günü boyu Amerikanın müxtəlif nöqtələrində baş vermiş 66 atışma zamanı 21 nəfər ölüb, 54 nəfər də yaralanıbdır.

IRIB-nin məlumatına görə, Amerikada silahlı zorakılıqların qeydiyyatı mərkəzi bu gün xəbər veribdir ki, ən çox atışma İndiana, Kanzas, Şimali Karolina, Viskansin və Vaşinqton ştatlarında baş verib.

Ötən iki sutka ərzində Amerikanın müxtəlif şəhərləri və ştatlarında 205 atışma halının baş verdiyi barədə məlumat verilib. Bu hadisələrdə 54 nəfər ölüb, 170 nəfər isə yaralanıbdır. Bu atışmaların beş halında ölən və yaralanan olmayıbdır.

Hər il Amerikanın müxtəlif nöqtələrində odlu silahdan istifadə ilə atəşaçma nəticəsində minlərlə nəfər ölür və ya yaralanır.

Vətəndaş qruplarının fəaliyyətlərinə rəğmən, silah istehsalçılarını dəstəkləyən lobbi ABŞ konqresində Amerikada silah daşınmasının məhdudlaşdırılması üzrə qanunların irəli sürülməsini əngəlləyir.