NATO: Rusiya ilə əlaqələrimiz ən pis şəraitdədir
Şimali Atlantik Alyansı NATO baş katibi Ukrayna böhranındakı roluna görə, Rusiyanı tənqid edib və deyib: Bu alyansla Rusiya arasındakı əlaqələr hal-hazırda soyuq müharibədən sonra ən pis dövründə qərarlaşıb.
Yens Stoltenberq cümə axşamı günü CNN televiziyası ilə müsahibədə deyib: Fikrimcə, NATO-nun Rusiya ilə əlaqələrinin soyuq müharibədən sonrakı dövrləri ilə müqayisədə, hal-hazırda ən ağır şəraitdə olmasını deməyim doğru olardı.
ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton və Moskvanın əlaqələri mümkün minimum səviyyəsindədir. Bunun ardınca isə NATO baş katibi belə bir açıqlama ilə çıxış edib.
Stoltenberq deyib: Soyuq müharibənin dövründə biz ümid edirdik ki, Rusiya ilə yaxın əlaqələr qura biləcəyik. Lakin əsasən də Krım yarımadasının 2014-cü ildə rusiya ərazisinə ilhaq edilməsi və Moskvanın Ukraynın şərq bölgəsini de-stabilləşdirməyi davam etdirməsi ilə Rusiya və NATO əlaqələri diqqəti cəlb edəcək dərəcədə tənəzzülə uğramışdır.
NATO baş katibi əlavə edib: Biz güclü və proqnoz ediləsi olarıqsa, Rusiya ilə siyasi dialoqa girə və gərginliyin artması və başqa bir soyuq müharibənin başlanmasının qarşısını almağa çalışa bilərik.
Ukraynanın şərq bölgələri 2014-cü ildən qərbyönlülərin prezident Viktor Yanukoviç hökuməti əleyhinə çevrilişindən sonra müxalifət və hökumət qüvvələri arasında qarşıdurmaların şahididir.
Ukrayna və qərb dövlətləri Rusiyanı müxalifəti separatçılığa təşviq etməkdə suçlayır. Lakin Moskva bu iddianı rədd edərək bildirir ki, iki tərəf beynəlxalq qaydalara əsasən anlaşmaya çatmaq üçün müzakirələri davam etdirməlidir.