ABŞ-da Trampın miqrasiya siyasətləri əleyhinə aksiya
https://azeri.sahartv.ir/news/dünya-i278606-abŞ_da_trampın_miqrasiya_siyasətləri_əleyhinə_aksiya
ABŞ-ın müxtəlif ştatları bu ölkə prezidentinin miqrasiya siyasətləri əleyhinə yürüş və aksiyaların şahidi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2017 05:37 Asia/Baku
  • ABŞ-da Trampın miqrasiya siyasətləri əleyhinə aksiya
    ABŞ-da Trampın miqrasiya siyasətləri əleyhinə aksiya

ABŞ-ın müxtəlif ştatları bu ölkə prezidentinin miqrasiya siyasətləri əleyhinə yürüş və aksiyaların şahidi olub.

Çharlotte observerin bildirdiyinə görə, ABŞ vətəndaşları Şimali Karolinanın Şarlotta, Pensilvaniyanın Pitsburq, Konnektikutun Bric Port şəhərlərində bu ölkə prezidenti Donald Tramp hökumətinin miqrasiya siyasətləri əleyhinə yürüş keçiriblər. 

Etirazçılar miqrantların ölkədən çıxarılması və onlara qarşı ayrı-seçkiliyin tətbiq olunmasına son qoyulmasını istəyiblər. 

Trampın miqrasiya haqda fərmanı verildikdən sonra, ABŞ-ın müxtəlif şəhərlərində vətəndaşlar hər həftə yürüş və aksiyalar təşkil edərək ayrı-seçkiliyi əks etdirən bu fərmana etirazlarını bildirirlər. 

Rənglidərililər və müsəlmanlar əleyhinə ayrı-seçkiliyi tətbiq edən bu fərman ABŞ-da yaşayan mirantlar, xüsusilə də meksikalılar və müsəlmanların nigaranlığına səbəb olmuşdur.