BMT nümayəndəsi Ruhanini təbrik edib
-
BMT nümayəndəsi Ruhanini təbrik edib
Birləşmiş Millətlər Təşkilatının Tehrandakı nümayəndəsi Həsən Ruhanini İran İslam Respublikasının 12-ci prezidenti olması münasibəti ilə təbrik edərək bu təşkilatın İran ilə əməkdaşlıqlarını genişləndirməyə hazır olduğunu bildirib.
Geri Luis dünən gecə özünün Tvitter səhifəsinə yazıb: BMT adından prezident Həsən Ruhanini təbrik edirəm.
BMT-nin Tehrandakı nümayəndəsi bildirib: Birləşmiş Millətlər Təşkilatı müxtəlif sahələrdə İran dövləti ilə uzun müddətli əməkdaşlıqlarını genişləndirməyə hazırdır.
İran İslam Respublikasının 12-ci prezidenti dünən xalq, konstitusiya və inqilab rəhbəri qarşısında and içdi.
Həsən Ruhaninin andiçmə mərasimi ölkənin yüksək səviyyəli siyasi və hərbi rəsmiləri və müxtəlif ölkələr və beynəlxalq qrumlardan 100-ə yaxın heyətin iştirakı ilə dünən günortadan sonra İslami Şura Məclisində keçirildi.