Avq 06, 2017 11:30 Asia/Baku
  • Təhlükəsizlik Şurası Şimali Koreya əleyhinə yeni sanksiyalar tətbiq etdi
    Təhlükəsizlik Şurası Şimali Koreya əleyhinə yeni sanksiyalar tətbiq etdi

BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreya əleyhinə sanksiyaların artırılması üzrə yeni qətnamə qəbul edib.

İRNA-nın məlumatına görə, bu sanksiyalar ABŞ-ın təşəbbüsü ilə və Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqədar tətbiq edilib.

Şimali Koreya 2006-cı ildə ilk nüvə sınağını həyata keçirdiyi zamandan bu 7-ci dəfədir ki, BMT TŞ Pxenyana qarşı sanksiyalar tətbiq edir.

BMT Təhlükəsizlik Şurasının 5 daimi və 10 qeyri-daimi üzvü bu qətnamənin lehinə səs verib.

Bu qətnaməyə əsasən Şimali Koreyadan dəyəri 1 milyard dollardan yuxarı olan dəniz məhsullarının ixrac edilməsi qadağan edilir. Bu qətnamə daş kömür, dəmir, dəmir daşı və qurğuşun ixracatına da qadağa tətbiq edir. Həmçinin, Şimali Koreyalı işçilərdən istifadə edən ölkələr bu işçilərin saylarını artıra bilməzlər.

Yeni qətnaməyə əsasən Şimali Koreya ilə birgə sərmayə qoyuluşlarının həyata keçirilməsi və hazırkı layihələrdə sərmayə miqdarının artırılması da qadağan edilib. Bundan başqa 9 həqiqi və 4 qruma qarşı da sanksiyalar tətbiq edilib. Bunlardan biri Şimali Koreya banklarından biridir.

Şimali Koreya son zamanlar 2 ballistik raket sınağı həyata keçirib. Deyilənlərə görə, Şimali Koreya bu raket sınaqlarının uğurla həyata keçirilməsi ilə artıq ABŞ ərazisini də hədəfə almaq qüdrətinə yiyələnib.

Rusiya BMT TŞ-nin Şimali Koreya əleyhinə sanksiyalar qətnaməsini təsdiq etməsindən sonra Qərb ölkələrini tənqid edərək, Koreya Yarımadasının nüvə silahlarından təmizlənməsi çətindir.

Teqlər