Trampın tərəfdarları və müxalifləri Portlənddə toqquşublar
-
Trampın tərəfdarları və müxalifləri Portlənddə toqquşublar
ABŞ-ın Oreqan ştatında, Portlənd şəhərində prezident Donald Trampın tərəfdarları və müxalifləri arasında çıxan toqquşmanın ardınca polis qüvvələri məsələyə müdaxilə ediblər.
Oreqan Layv internet portalının verdiyi məlumata görə, bazar günü Portlənd şəhərində ABŞ prezidenti Donald Trampın tərəfdarları və müxalifləri arasında ciddi toqqşma baş verib. Nəticədə bir neçə nəfər yaralanıb.
İki tərəf arasındakı qarşıdurma aksiya iştirakçılarının bir-birilərinə müxtəlif əşyalar atmalarının ardınca qızışıb. Daha sonra tərəflər arasında ciddi toqquşma baş verib.
ABŞ prezidentinin müxalifləri Trampın tərəfdarlarını "İrqçi Ağlar" və "Faşist" adlandırıblar.
Polis aksiya iştirakçılarını dağıtmağa məcbur etmək üçün güc tətbiq edib. Bu zaman aksiya iştirakçılarından 3-cü polis tərəfindən saxlanılıb.
Trampın ABŞ prezidenti seçildiyi zamandan ABŞ-ın müxtəlif ştatları Tramp əleyhinə aksiyaların şahididir və davamlı olaraq tərəfdarları və müxalifləri arasında qarşıdurmalar baş verir.