Avq 08, 2017 08:22 Asia/Baku
  • Moqerini ƏMTP-nin icrasına təkid edib
    Moqerini ƏMTP-nin icrasına təkid edib

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru dünən Filippin paytaxtı Manilada ASEAN iclasının kənarında ABŞ dövlət katibi, Rusiya və Çinin xarici işlər nazirləri ilə görüşlərində Əhatəli Müştərək Təşəbbüs Proqramının tam icra edilməsinə təkid edib.

İRNA-nın verdiyi məlumata görə, AB-nin xarici siyasət ofisi bir bəyanat yayaraq bildirib: Federika Moqerini ABŞ dovlət katibi Reks Tillerson, Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Vanq Yi ilə görüşündə, onlara özünün Tehran səfəri və İran İslam Respublikası prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirakı barədə məlumat verib. 

Bu görüşlərdə Moqerini ƏMTP-nın müştərək komissiyasının 21 iyulda Vyanada keçirilən iclasında nüvə sazişi qarşısında bütün tərəflərin öz öhdəliklərini yerinə yetirmələrinin vurğulanmasını müsbət qarşılayıb.

ƏMTP-nın müştərək komissiyasının 8-ci iclası İİR xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı, Moqerinin müavini Helqa İşmitin iştirakı ilə 5+1 qrupunun nazir müavinləri və yüksək səviyyəli diplomatlarının iştirakı ilə iyulun 21-də Vyanada keçirildi. 

 

 

Teqlər