Ş.Koreya: Raket və nüvə proqramı müzakirə mövzusu ola bilməz
Şimali Koreya bu ölkənin raket və nüvə proqramının müzakirə mövzusu olmayacağını vurğulayaraq bildirib ki, Pxenyan özünün nüvə qabiliyyətinin gücləndirilməsi proqramına göz yummaq niyyətində deyil.
İRİB-in verdiyi məlumata görə, Ş.Koreya dövlətinin sözçüsü Banq Kuanq Hyuk dünən Filippin paytaxtı Manilada keçirilən ASEAN iclasının kənarında müzbirlərə verdiyi açıqlamada deyib: Ş.Koreya özünün nüvə və ballestik raket qabiliyyətini heçvaxt müzakirə masası üzərinə göymayacaq və öz nüvə gücünün artırılması istiqamətində səylərindən bir an belə vaz keçməyəcək.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası şənbə günü Şimali Koreanın raket və nüvə sınaqlarına reaksiyada bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etdi.
Ş.Koreya isə bildirdi ki, BMT-nin bu ölkəyə qarşı yeni sanksiyalarına münasib təşəbbüslərlə cavab veriləcək.
Ş.Koreya həmçinin ABŞ-ın Pxenyana qarşı hansısa hərbi hərəkətə əl atacağı təqdirdə Amerikaya unudulmaz ağır dərs verəcəyi barədə xəbərdarlıq etdi.
Ş.Koreyanın raket sınaqları hər dəfə qərb dövlətləri xüsusiylə də Amerika tərəfindən sərt reaksiyalara səbəb olur.
Pxenyan dəfələrlə bildirib ki, ABŞ və onun müttəfiqləri Ş.Koreyaya qarşı hədə-qorxularını davam etdirincə Pxenyan da özünün önləyici hərbi gücünü artırmaqda davam edəcək.