ABŞ-ın Venesuelaya qarşı sanksiyaları davam edir
ABŞ dövləti Venesuelada təsisçilər məclisinin fəaliyyətə başlamasına reaksiya əlaməti olaraq bu ölkə rəhbərlərinə qarşı yeni sanksiyalar tətbiq edir.
Röytersin verdiyi məlumata görə, Vaşinqtonda məlumatlı mənbələr bildiriblər ki, ABŞ dövləti Venesuela prezidenti başda olmaqla bu ölkənin bəzi dövlət rəsmilərinin əmlakını dondurub və Amerika vətəndaşlarının venesuelalılarla hərhansı ticarət əlaqəsinə qadağa qoyulub.
Amerika dövləti Venesuela rəhbərlərini təsisçilər məclisi seçkilərindən vaz keçməyə vadar etmək üçün iyulun 26-da bu ölkənin 13 yüksək səviyyəli siyasi və hərbi rəsmilərinə eləcə də Venesuela Dövlət Neft Şirkətinə sanksiyalar tətbiq etdi.
Venesuela son aylar ərzində müxalifətin etirazları nəticəsində destabilliyin şahididir.
Venesuela təsisçilər məclisi seçkiləri iyulun 30-da keçirildi və rəsmi statistikaya görə, səs vermək hüququna malik olanların 41 faizi bu seçkilərdə iştirak edərək məclisin 545 üzvünü seçdi.
ABŞ dövləti Karakasa qarşı düşmən mövqeyinin davamında Venesueladakı son seçkilərin saxtalaşdırıldığını iddia etdi və iyulun 31-də də bu ölkənin prezidenti Nikolas Madoroya qarşı başqa sanksiiyalar tətbiq etdi.
Venesuela dövləti bildirib ki, təsisçilər məclisinin yaradılması müxalifətin zorakılıqları qarşısında sülh və dialoqa zəmanət verəcək.