Pxenyan Trampa ciddi xəbərdarlıq edib
Şimali Koreyanın rəsmi xəbər agentliyi bildirib ki, bu ölkənin dövləti bu gün səhər Sakit Okeandakı Quam adasında yerləşən amerikan hərbi bazasına orta mənzilli ballistik raket atmağı nəzərdə tutduğunu vurğulayıb.
IRIB-nin məlumatına görə, Şimali Koreyanın rəsmi xəbər agentliyi daha sonra bildirib: Rəsmi Pxenyan tam diqqətlə Quam adasının ətrafına tərəf "Hvasonq-12"(«Hwasong-12») tipli bir ədəd ballistik raketi atmaq barədə əməliyyat planını araşdırmaqdadır.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp son zamanlar belə demişdi: Şimali Koreyanın rəhbəri son dərəcə təhdidedici və adi addımlardan daha geniş addımlar atıbdır və o, dünya xalqlarının indiyədək oxşarını görmədikləri bir alovla üzləşəcəkdir.
Rəsmi Pxenyanın son təhdidi də məhz Trampın bu sözlərinə bir cavab reaksiyasıdır.
BMT-nin Təhlükəsizlik Şurası bir neçə gün bundan öncə Şimali Koreyaya qarşı yeni sanksiyalar qəbul etdi.
Rəsmi Pxenyan dəfələrlə vurğulayıbdır ki, Amerikanın və onun müttəfiqlərinin Şimali Koreyaya qarşı hədələrinin davam edəcəyi zamanadək bu ölkə də özünün önləyici hücum qüdrətini və hərbi bacarıqlarını gücləndirməyi davam etdirəcəkdir.