BQXK Ərriyadın Yəməndəki militarizmindən nigarandır
Avq 09, 2017 06:50 Asia/Baku
-
BQXK Ərriyadın Yəməndəki militarizmindən nigarandır
Səud təcavüzkarlarının Yəməndəki yaşayış massivlərinə qarşı hücumlarının genişlənməsinin ardınca Beynəlxalq Qızıl Xaç Komitəsi Yəməndə mülkilərə və mülki məntəqələrə qarşı hücumların artmasından nigarançılıq edib.
IRIB-nin məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsi dünən vurğulayıb: Avqustun 4-də Yəməndəki yaşayış massivlərinə qarşı ən yeni hücumlarda bir yəmənli ailənin doqquz üzvü həlak olub, üç nəfər də yaralanıbdır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Yəməndəki nümayəndəliyinin sədri Aleksandr Vit yaşayış binaları və bazarlar kimi ictimai məkanları hədəfə almağa təmayülü pisləyərək, deyib ki, bu hərəkətlər silahlı qarşıdurmalara hakim kəsilmiş beynəlxalq qanunlarla təzaddadır.
Teqlər