Pxenyan ABŞ-ı hədələdi
ABŞ prezidenti Donald Trampın Şimali Koreya başçısına qarşı son təhdidləri və BMT-nin Şimali Koreya əleyhinə yeni sanksiyalar tətbiq etməsinin ardınca Pxenyan dərhal reaksiya verib və ABŞ-ın Quam adasındakı hərbi bazasını raket ilə hədəfə alacağını bildirib.
Tramp isə Pxenyanı ABŞ-a qarşı təhdidlər səsləndirməməsi üçün təhdid edir. Sonra da Nyu-Cersidəki qolf klubunda narkotik maddələrlə əlaqədar iclas təşkil edir və narkotik maddələrin Amerikada şokoladdan daha ucuz olduğunu deyir.
ABŞ dövlət katibi Reks Tillerson isə Vaşinqtonun BMT-yə təzyiq göstərməsi və Şimali Koreyanın hətta dəniz məhsulları ixracatına belə sanksiya tətbiq etməsinin Pxenyanı xeyli qəzəbləndirdiyini yaxşı bilir.
İndi Tillerson Pxenyana yaşıl işıq göstərir və Kin Cunq İnə müzakirə qapısının açıq olduğu mesajını verir: "Biz gələcəklə bağlı Şimali Koreya ilə danışıqlar aparmağın tərəfdarıyıq."
Bəzi analitiklər isə daxili məsələlərin Tramp üçün artıq daha çox önəm kəsb etməyə başladığını deyirlər: "Hazırda mediaların 95%-i əsas diqqətini Tramp və komandasının Rusiya ilə əlaqələrinə yönəldib. Medialar xarici siyasətlə bağlı digər məsələlərə o qədər də əhəmiyyət vermirlər. Bu da Trampı narahat edir."
Tramp isə özünü impiçment edilmək təhlükəsi ilə üz-üzə görür. Bu isə onun daxili məsələlərə daha artıq diqqət göstərməsini tələb edir.