Google-in qadın işçiləri cinsi ayrı-seçkiliyə etiraz ediblər
Google şirkətinin 60-dan çox hazırkı və öncəki işçisi cinsi ayrı-seçkilik ittihamı ilə bu şirkətə qarşı şikayət edəcək.
Avronyus xəbər kanalının məlumatına görə, Google şirkətinin qadın işçilərinin vəkillərindən olan Ceyms Finberq belə deyib: Onlar iddia edirlər ki, kişilərlə bərabər vəziyyətə və iş mövqeyinə malik olsalar da onlarla müqayisədə Google-dən aşağı əmək haqqı alırlar.
Google-in bəzi qadın işçiləri bundan öncə də demişdilər ki, onların bu şirkətdəki iş tərəqqisi anti-qadın mədəniyyətinin qurbanı olubdur.
İlk dəfə deyildir ki, Google şirkəti işçilərinə qarşı cinsi ayrı-seçkilikdə ittiham olunur.
Amerikanın Əmək Nazirliyi bu il bir hesabat yayaraq, Google-i qadın işçilərinə daha az əmək haqqı ödəməkdə ittiham etmişdi.
Son aylarda Google şirkətində, eləcə də Amerikanın digər iri texnologiya şirkətlərində cinsi ayrı-seçkilik barədə çoxlu sayda məlumat yayılıbdır.