Avq 12, 2017 10:47 Asia/Baku
  • Quam adası sakinlərinin çoxu ABŞ-dan müstəqillik istəyir
    Quam adası sakinlərinin çoxu ABŞ-dan müstəqillik istəyir

Quam adası sakinləri ciddi şəkildə bu adanın taleyi haqda danışırlar.

Əlcəzirə televiziyasının məlumatına görə, Quamın ABŞ-dan tam şəkildə müstəqil olmasını istəyənlərin fikrincə, Şimali Koreyanın bu ada əleyhinə son təhdidləri adanın ABŞ-a aid olmasına görədir. 

Ada sakinləri Şimali Koreyanın təhdidlərinə ciddi şəkildə diqqət yetirir. Quam adası II Dünya Müharibəsindən öncə bir hərbi baza idi. Bu adada yaşayanların əksəriyyəti ordu üzvüdür və ya orduda yaxınları vardır. Adada əhali tərkibini müqayisə etdikdə orduda xidmət edənlər üstünlük təşkil edir. 

Quam adası əhalisinin ABŞ vətəndaşı olmasına baxmayaraq, seçkilərdə səs vermək hüququ yoxdur. Quamın müstəqilliyinə inananlar Şİmali Koreyanın təhdidlərini Pxenyanın Quamı ABŞ ərazisi hesab etməsi ilə əlaqədar hesab edirlər. Lakin ABŞ oradan çıxarsa, həm Şimali Koreya, həm də digər qüdrətlər tərəfindən olan bu təhdidlər sona çatacaq. 

Teqlər