Avq 15, 2017 09:48 Asia/Baku
  • Venesuela ABŞ-ın təhdidinə reaksiya olaraq hərbi təlim keçirir

Venesuela prezidenti ABŞ prezidentinin son təhdidlərinə reaksiya olaraq Silahlı Qüvvələrin gələn günlərdə hərbi təlimlər keçirəcəyini bildirib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi günü paytaxt Karakasda minlərlə tərəfdarının qarşısında etdiyi çıxışında deyib: Silahlı Qüvvələrin komandanlarına hərbi təlimlərin keçirilməsinə hazırlıq görmələri göstərişi verilib. 

Maduro Venesuela Silahlı Qüvvələrinin hərbi təlimlərinin ehtimal üzrə 26 və 27 avqustda keçiriləcəyini deyərək ölkəsini hər bir təhdid qarşısında müdafiə edəcəyini qeyd edib. 

ABŞ və Venesuela hökumətinin müxalifəti bu ölkə prezidentini Təsisçilər Məclisinin təşkil olunması vasitəsi ilə öz səlahiyyətlərini artırmağa çalışmaqda suçlayıblar. 

Bu arada ABŞ prezidenti müdaxiləkar açıqlamada bildirib ki, Venesuela haqda çoxlu seçimlər vardır. Onlardan biri hərbi seçimdir. 

Teqlər