Avq 15, 2017 17:11 Asia/Baku
  • C.Koreya xalqının
    C.Koreya xalqının "Tad" raket sisteminin yerləşdirilməsinə etirazı davam edir

Cənubi Koreya xalqı bir daha amerikan "Tad" raket sisteminin onun ölkəsində yerləşdirilməsinə etiraz olaraq, aksiya keçirib.

IRIB-nin məlumatına görə, Cənubi Koreya xalqı bu gün bu ölkənin paytaxtı Seulda keçirdiyi aksiyada bu ölkə dövlətindən "Tad" raket sisteminin onun ölkəsindən yığışdırılmasını istəyib. Aksiyaçıların əllərində bu raket sistemi ilə müxalifətdə olan şüarlar yazılmış plakatlar olubdur.

Aksiyaçılar Cənubi Koreya dövlətinin daha artıq "Tad" raket sisteminin yerləşdirilməsi üzrə birtərəfli hərəkətini ölkələrinin zərərinə adlandırıblar.

Koreyalı aksiyaçılar həmçinin ABŞ prezidenti Donald Trampın Koreya yarımadasında hərbi addım ehtimalı barədəki son sözlərini pisləyiblər.

ABŞ və Cənubi Koreya 2016-cı ilin iyulunda "Tad" raket sisteminin Cənubi Koreyada yerləşdirilməsi barədə razılaşıblar və bu raket sisteminin yerləşdirilməsi ötən mart ayının əvvəllərində Şimalıi Koreyanın raket sınaqları bəhanəsilə başlanıbdır.

Teqlər