Berlinin Ankaraya qarşı iqtisadi təzyiqləri davam edir
Almaniyanın xarici işlər naziri Türkiyə dövlətinə qarşı iqtisadi təzyiqlərin davam etməsindən xəbər verib.
Almaniya nəşri- Şpigel-in vebsaytının məlumatına görə, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bu gün deyib ki, Berlinin Ankaraya qarşı iqtisadi təzyiqləri təsirli olubdur.
Qabriel həmçinin alman şirkətlərin Türkiyədəki investisiyaları barədə xəbərdarlıq edib və bu investisiyaların dayandırılması vacibliyini vurğulayıbdır.
Almaniyanın xarici işlər naziri Türkiyədə insan haqları fəalı Piter Ştuytenerin və bir neçə digər almanın həbs olunmasına reaksiya verib və belə əlavə edib: Berlin Rəcəb Tayyıb Ərdoğan dövlətinin Almaniya vətəndaşlarını asanlıqla həbs edərək məhbəsə atmasına icazə verməyəcəkdir.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan terrorizmlə həmkarlıqda şübhəli bilinən alman şirkətlərin siyahısını təqdim etmişdi ki, bu hərəkət Almaniya iqtisadiyyatına mənfi təsir göstəribdir.
Türkiyə dövləti 2017-ci ilin iyul ayının sonlarında bu siyahını geri götürdü.
Almaniya nümayəndələrinin Türkiyədəki İncirlik hava bazasından və həmin bazadaki alman hərbi qüvvələrindən baxış keçirmələri üstündə yaranmış münaqişə, eləcə də Türkiyədə bir neçə Almaniya vətəndaşının həbs edilməsi iki ölkə əlaqələrini kəskinləşdiribdir.