Avq 16, 2017 09:45 Asia/Baku
  • Tillerson Ali-Xəlifənin Bəhreyn xalqına qarşı repressiyalarını etiraf edib

ABŞ-ın dövlət katibi də Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı repressiyalarını etiraf edib.

Reks Tillerson dünən deyib ki, Bəhreyndə Ali-Xəlifə rejimi xalqı istintaq və həbs etməyi davam etidirir. 

ABŞ-ın dövlət katibi əlavə edib: Bəhreyn xalqı məhkəmə aparatı, təhsil sistemi və işə götürülmə durumuna görə, şikayətlidir.

Bəhreyn Asiyanın qərbindəki ən kiçik ölkə kimi insan haqları mənbələrinin sözlərinə görə, ən çox siyasi məhbusa malikdir.

Bəhreyn 2011-ci ilin 14 fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.

Bəhreyn xalqı öz ölkəsində seçilmiş hökumətin hakimiyyətə gəlməsi, ayrı-seçkiliyin götürülməsi, ədalətin bərqərarı və azadlıq tələb edir. Ali-Xəlifə rejimi isə "ada qalxanı" qüvvələri formasında Bəhreyndə yerləşmiş Birləşmiş Ərəb Əmirliklərinin xəfiyyə məmurları və səud hərbçilərinin köməyilə bu ölkədəki xalq etirazlarına divan tutur.

Teqlər