Fransa xalqı nüvə tullantılarına qarşı aksiya keçirib
https://azeri.sahartv.ir/news/dünya-i279874-fransa_xalqı_nüvə_tullantılarına_qarşı_aksiya_keçirib
Fransa xalqının bu ölkənin şimal-şərqində nüvə tullantılarına qarşı keçirdiyi aksiya zorakılığa gətirib çıxarıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2017 06:18 Asia/Baku
  • Fransa xalqı nüvə tullantılarına qarşı aksiya keçirib

Fransa xalqının bu ölkənin şimal-şərqində nüvə tullantılarına qarşı keçirdiyi aksiya zorakılığa gətirib çıxarıbdır.

Fransa xalqının nüvə tullantılarının bu ölkənin şimal-şərqində yerləşən Bur məntəqəsində basdırılmasına qarşı aksiyası polisin aksiyaçılar ilə toqquşmasına gətirib çıxarıb. Nəticədə azı iki polis məmuru 34 müxalif yaralanıbdır.

Fransa polisi aksiyaçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Yerli Fransa rəsmilərinin sözlərinə görə, Bur məntəqəsində toqquşma bəzi aksiyaçıların polisə tərəf daş və "Molotov kokteyli" atmalarından sonra başlanıbdır.