Avq 16, 2017 17:53 Asia/Baku
  • Lavrov ABŞ-ın anti-İran sanksiyalarını məsuliyyətsiz adlandırıb

Rusiyanın xarici işlər naziri ABŞ-ın anti-İran sanksiyalarını məsuliyyətsiz adlandıraraq, deyib: İranın öz raket proqramı üzrə xərclərinin artması BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən, heç bir qadağaya malik deyil.

Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Boliviyanın xarici işlər naziri Fernando Uanakani Mamani ilə birgə mətbuat konfransında belə qeyd edib: ABŞ-ın nüvə anlaşmasının müvazinətini Vaşinqtonun xeyrinə pozmaq hədəfi güdən anti-İran sanksiyaları məsuliyyətsiz bir hərəkət olaraq, bu son dərəcə ölçülüb-biçilmiş müvazinətə xələl gətirə və hətta onu poza bilər.

Lavrov İran prezidenti Həsən Ruhaninin dünən Amerikanın sanksiyalarının davam edəcəyi halda bu ölkənin nüvə anlaşmasından çıxması imkanı barədə söylədiyi sözlərə toxunaraq, ümidvarlıq edib ki, bu məsələ baş verməyəcək və Amerika da nüvə anlaşması çərçivəsindəki öhdəliklərini pozmayacaqdır.

Birləşmiş Ştatlar iddia edibdir ki, iyulun 27-də İran tərəfindən "Simorğ" süni peyk daşıyıcısının sınaqdan keçirilməsi nüvə anlaşmasının ruhunun pozulması deməkdir. Hərçənd belə bir sınağın keçirilməsi qadağan deyildir.

Teqlər