Avq 19, 2017 19:28 Asia/Baku
  • Rusiyanın şimalında bıçaqla hücum nəticəsində 8 nəfər yaralanıb
    Rusiyanın şimalında bıçaqla hücum nəticəsində 8 nəfər yaralanıb

Nyu-York kilsəsinin bir keşişi ABŞ prezidentinin irqçi qrupları himayə etməsinə etiraz əlaməti olaraq istefa verib.

FransPressin verdiyi məlumata görə, İ.R.Bernard adlı Nyu-York kilsəsinin keşişi ABŞ prezidenti Donald Trampın irqçilərin etiraz aksiyası barədə bəyanatından sonra Ağ evin dini məsələlər üzrə müşavirlər heyətindən istefa verdiyini bildirib. 

37 min nəfərdən ibarət xristianların mədəniyyət mərkəzinə başçılıq edən bu keşiş deyib: Şarlotsvil hadisəsi Ağ evdən tamamiylə uzaqlaşmaq qərarına gəlməyimə səbəb oldu. 

Bu qaradərili keşiş Trampın dimi müşavirləri heyətinin istefa verən yeganə üzvüdür. 

Tramp Virciniya ştatının Şarlotsvil şəhərində baş verən irqi zorakılıqlara reaksiyada toquşan tərəflərin hər ikisini təqsirkar adlandırdı və buna görə Respublikaçılar və dempkratların kəskin qınağına tuş gəldi. 

Trampın irqçiləri himayə xarakterli bəyanatı həmçinin Ağ evin iqtisadi müşavirlər heyətindən də bir qrupun istefa verməsinə səbəb oldu. 

Ağ evin sənət və humanitar elmlər komitəsinin bütün 16 üzvü dünən Trampın bəyanatına etiraz olaraq istefa veriblər. 

İrqçilərin zorakılıqları Şarlotsvil şəhərində qarşıdurmaların güclənməsinə səbəb oldu. 

Teqlər