Avq 19, 2017 19:50 Asia/Baku
  • Hamid Kərzəy
    Hamid Kərzəy

Əfqanıstanın keçmiş prezidenti deyib: Əcnəbi qüclərin müdaxilələri Əfqanıstanın müstəqilliyi üçün təhdiddir.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Hamid Kərzəy bu gün Əfqanıstanın müstəqilliyinin 98-ci ildönümü günü münasibəti ilə bir bəyanat yayaraq talibləri Əfqanıstan xalqının digər qrupları kimi sülh prossesinə qoşularaq əcnəbilərin təcavüz bəhanələrini yox etməyə çağırıb. 

Kərzay deyib: Əfqanıstan xalqı ölkəsinin azadlığı, ərazi bütövlüyü və suverinliyi uğrunda çoxlu qurbanlar verib. 

Kərzəy əcnəbi qüvvələrin özbaşınalıqları və əfqanların həyatına hörmətsizliklərindən təəssüfləndiyini bildirərək əcnəbi güclərin müdaxilələrini ölkənin müstəqilliyinə qarşı əsas amil adlandırıb. 

Əfqanıstanın keçmiş prezidenti vaxtı ilə də Amerikanın bu ölkədə mülkiyə qarşı hava hücumlarını Əfqanistanın suverinliyinə qarşı hərəkət adlandırmışdı və mülkinin qırğın edilməsinin qəbulolunmaz olduğunu vurğulamışdı. 

1919-cu miladi ili avqustun 19-da Əmanullah xanın şahlığı dövründə Əfqanıstan xalqı britaniyalıları öz ölkəsindən qovdu və London Əfqanıstanın müstəqillik müahidəsini imzalamaq məcburiyyətində qaldı. 

Hər il Əfqanıstan xalqı bu günü şənliklərlə qeyd edir və bu ölkənin konstitusiyasına əsasən 19 avqust qeyri iş günüdür. 

Teqlər