Berlində Nyu-nasist və onların müxalifləri aksiya keçiriblər
Hitlerin müavininin ölümünün 30-cu ildönümü günü münasibəti ilə yüzlərlə Nyu-nasist Berlində aksiya keçirib. Bu aksiya ilə eyni zamanda Nyu-nasistlərin müxalifləri də onlara qarşı nümayiş keçiriblər.
Doyçevele məlumat verir ki, rəsmilər qalmaqallı bir təşəbbüsdə Nyu-nasistlərə Hitlerin müavini Radolf Hesin ölümünün ildönümündə aksiya keçirmək icazəsi verdikdən sonra Nyu-nasistlərin müxalifləri də onlara qarşı nümayiş keçirməyə təşəbbüs göstərdilər, hətta müxaliflərin sayı nyu-nasistlərin sayını üstələdi.
Nyu-nasistlərin aksiyası yerli vaxtla saat 20-dək davam etməli idi ancaq müxaliflərin geniş aksiyası və yolların bağlanmasına görə saat 17-də bitdi.
Berlində təhlükəsizlik rəsmiləri deyiblər: Aksiya zamanı toqquşmalara qeydə alınıb və Berlin polisi də Tvitter səhifəsində yazıb ki, ehtimal olunan qarşıdurmaya mane olmaq üçün tam hazır vəziyyətdədir.
Nyu-nasistlərə aksiya icazəsi hərhansı nyu-nasism simvolundan istifadə etməmək ,xüsusi şüarlar səsləndirməmək və hərbi uniforma geyinməmək şərti ilə verilmişdir.