İspaniyada yüzlərlə müsəlman terrorizmə qarşı aksiya keçirib
Avq 20, 2017 11:27 Asia/Baku
Barselonada yüzlərlə müsəlman İspaniyada həyata keçən terror aktlarına etiraz əlaməti olaraq aksiya keçirib.
SkyNyusun verdiyi məlumata görə, aksiyaçılar dünən Barselona şəhərinin mərkəzinə toplaşaraq terrorizmə qarşı şuarlar səsləndiriblər və müsəlmanların ifratçılar və irqçilərə nifrət etdiklərini vurğulayıblar.
İspaniya polisi cümə gecə irqçilərin Barselonada etiraz aksiyalarına imkan verməmişdi.
Ötən həftə İspaniyada baş verən iki terror aktında 14 nəfər öldü, 100-dən çox adam yaralandı.