Trampın psixoloji sağlamlığının araşdırılması istənilib
-
Trampın psixoloji sağlamlığının araşdırılması istənilib
ABŞ-ın Kaliforniya ştatının nümayəndəsi bu ölkə prezidentinin psixoloji və fiziki sağlamlığının onun bu vəzifəni davam etdirməsi üzrə səlahiyyətinin təyin olunması istiqamətində araşdırılmasını istəyib.
Hil xəbər portalının məlumatına görə, Kaliforniya ştatından olan demokrat nümayəndə Zoe Lofqren deyib: Bu məsələ araşdırılmalıdır ki, görən, Amerika prezidenti Donald Tramp əsas qanuna görə, vəzifələrini yerinə yetirməyə mane olan psixi xəstəlikdən və ya ağıl zəifliyi sayılan demensiya kimi əqli çatışmazlıqlardan əziyyət çəkmirmi?
Lofqren həmçinin vitse-prezident Mayk Pensdən və Trampın nazirlər kabinetinin üzvlərindən istəyibdir ki, "tibb və psixika mütəxəssislərinin xidtmələr"ini tez bir zamanda təmin etməklə Amerika əsas qanununun 25-ci maddəsinə uyğun araşdırmalarla prezidentin kənarlaşdırılması gedişatına kömək etsinlər.
Amerika əsas qanununun 25-ci maddəsinə əsasən, vitse-prezident və nazirlər kabinetinin əksəriyyəti müştərək surətdə elan edə bilərlər ki, prezident bu vəzifəni daşımaq səlahiyyətinə malik deyildir.