Avq 22, 2017 09:30 Asia/Baku
  • İspaniya müsəlmanları terror aktlarını pisləməkdədirlər
    İspaniya müsəlmanları terror aktlarını pisləməkdədirlər

İspaniyanın Barselona şəhəri müsəlmanları terror aktlarını pisləmək üçün bir daha bu şəhərdə aksiya keçirib.

APTN-in məlumatına görə, yüzlərlə ispaniyalı müsəlman bazar ertəsi günü aksiya təşkil edərək və şüarlar səsləndirərək, Barselona şəhərindəki son terror aktını qınayıblar. 

İspaniya müsəlmanları bazar ertəsi günü də terror hücumlarını pisləmək üçün küçələrə axışmışdılar. Ötən cümə axşamı günü İspaniyanın Barselona şəhərində terror aktında terrorçu furqon avtomobili ilə küçədə piyadaları vurdu. Nəticədə 15 nəfər həlak oldu, azı 130 nəfər yaralandı. 

Məlumatlı dairənin bildirdiyinə görə, İspaniya polisi bazar ertəsi günü furqonun sürücüsünün 22 yaşlı Yunis Əbu Yəqub olduğu ehtimal olunan şübhəlisini öldürüb. 

Teqlər