Avq 22, 2017 12:26 Asia/Baku
  • Cənubi Koreyalılar ABŞ-la hərbi təlimlərin keçirilməsinə etiraz etdi
    Cənubi Koreyalılar ABŞ-la hərbi təlimlərin keçirilməsinə etiraz etdi

Yüzlərlə Cənubi Koreya vətəndaşı Vaşinqton və Seulun Koreya yarımadasında müştərək hərbi təlimləri əleyhinə aksiya keçirib.

İRNA-nın məlumatına görə, Cənubi Koreya vətəndaşları çərşənbə günü əllərində yazılı plakatlar tutaraq ölkə rəsmilərindən ABŞ-la bu və başqa hərbi təlimləri həmişəlik olaraq dayandırmalarını istəyiblər. 

Etirazçılar deyirlər ki, Cənubi Koreya və ABŞ Şimali Koreyanın gərginlikləri adlandırdıqları problemlər bəhanəsi ilə hərbi təlimlər keçirməməlidir. 

Şimali Koreyanın xəbərdarlıqlarına rəğmən, Cənubi Koreya və ABŞ-ın 10 günlük müştərək hərbi təlimləri bazar ertəsi günündən 17 min 500 amerikalı hərbçi və 50 min koreyalı əsgərin iştirakı ilə başlanıb. 

Şimali Koreya xəbərdarlıq edib ki, ABŞ öz militarist hərəkətləri ilə bölgəni gərginliyə sürükləyib və destabilliyə səbəb olub. 

Cənubi Koreya və ABŞ  hər il Koreya yarımadasında bir neçə müştərək hərbi təlimlər keçirir. 

Teqlər